"Arsenal" Maks Doumanın qış "transfer pəncərəsi"ndə icarəyə göndərilməsi ehtimalını nəzərdən keçirir.

Matc.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Bildirilir ki, London klubu 16 yaşlı yarımmüdafiəçinin inkişafına töhfə verəcəyi təqdirdə belə bir variantı dəyərləndirməyə hazırdır.

Mikel Arteta "Arsenal"ın hər 6 aydan bir Doumanın vəziyyətini, onun oyun müddətini, komandanın ehtiyaclarını və digər amilləri nəzərə alaraq qiymətləndirəcəyini qeyd edib.

"Biz müxtəlif variantlara açıq olmalıyıq, lakin hazırda əsas məsələ onun burada qalması və komandaya fayda verməsidir", – deyə londonluların baş məşqçisi bildirib.

"Arsenal"ın sabiq yarımmüdafiəçisi Cek Uilşirin baş məşqçisi olduğu "Luton" da Doumanı icarəyə götürməkdə maraqlıdır.

Maks dekabrın 31-də 17 yaşı tamam olduqdan sonra icarəyə yollana biləcək. O, ötən mövsüm APL tarixində ən gənc qol müəllifi olub, cari mövsümdə isə İngiltərə Liqa Kubokunda "İpsviç"ə qarşı matçda (4:2) dublla yadda qalıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest