Yeni mövsümün son hazırlıqlarını ölkə daxilində davam etdirən "Sabah" daha bir yoxlama görüşü keçirməyi planlaşdırır. Matc.az saytının məlumatına görə, paytaxt klubu I divizion təmsilçisi MOIK-lə üz-üzə gələcək.

Baş məşqçi Elşad Əhmədov yeni mövsüm öncəsi sonuncu dəfə "hərbçilər"lə qarşılaşmada yetirmələrini sınayacaq. Avqustun 12-də Bank Respublika Arenada keçiriləcək görüş saat 18:00-da start götürəcək.

Qeyd edək ki, "Sabah" Premyer Liqada ilk oyununu "Neftçi"yə qarşı keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest