UEFA Çempionlar Liqasında ötən mövsüm üzrə hər mövqe üçün ən yaxşı futbolçu adına namizədləri açıqlayıb. Matc.az-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, hər mövqeyə 3 namizəd müəyyənləşib.

ÇL-in son qalibi olan "Liverpul"un oyunçuları siyahıda üstünlük təşkil edir. Təsadüfi deyil ki, hər mövqedə namizədlər arasında "qırmızılar"ın oyunçusu var.

Qapıçılar: Alisson Beker ("Liverpul"), Uqo Lyoris ("Tottenhem"), Marc-Andre ter Ştegen ("Barselona")

Müdafiəçilər: Trent Aleksander-Arnold, Vircil van Diyk (hər ikisi "Liverpul"), Mattiys de Liqt ("Ayaks"/"Yuventus")

Yarımmüdafiəçilər: Frenki de Yonq ("Ayaks"/"Barselona"), Kristian Eriksen ("Tottenhem"), Cordan Henderson ("Liverpul")

Hücumçular: Sadio Mane ("Liverpul"), Lionel Messi ("Barselona"), Kriştianu Ronaldo ("Yuventus").

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest