İngiltərənin “Ridinq” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Çempionşip təmsilçisi İtaliyanın “İnter” klubundan Corce Puşkaşı transfer edib. 
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 23 yaşlı hücumçu yeni klubu ilə 5 illik müqavilə imzalayıb.
 
“Ridinq” Rumıniya millisinin də formasını geyinən Puşkaş üçün “İnter”ə 8 milyon avro ödəyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest