"Mançester Siti"nin hücumçusu Erlinq Haland maliyyə qaydalarını pozduğuna görə klubu aşağı diviziona göndəriləcəyi təqdirdə "Arsenal"a deyil, "Barselona"ya keçməyə üstünlük verəcək.

Matc.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın "Football Insider" nəşri məlumat yayıb.

Bildirilir ki, 26 yaşlı forvardın ətrafındakı vəziyyəti Madrid "Real"ı da yaxından izləyir və daxil olan məlumatlara görə, İspaniyanın iki nəhəngindən birində çıxış etmək perspektivi ona olduqca cəlbedici görünür.

Halandın artıq bir neçə ildir "Barselona"nın əsas hədəfi olduğu və klubun onun "Mançester Siti"dən ayrılmaq istəyinə dair hər hansı bir siqnal alan kimi transfer üçün hərəkətə keçməyə hazır olduğu qeyd edilir.

Karyerasının indiki mərhələsində hücumçunu La Liqada oynamaq çağırışı maraqlandıra bilər.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest