Futbol üzrə Portuqaliya çempionatında yeni mövsümə start verilib. Matc.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun yeni komandası - "Pasuş de Ferreyra" da 2019/20 mövsümündə ilk matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Benfika" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan ağır məğlubiyyətlə ayrılıb – 0:5.
 
Renat bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
 
Qeyd edək ki, Renat bu yay İngiltərənin "Vulverhempton" klubuna transfer olunsa da, "Pasuş de Ferreyra"ya 1 illik icarəyə verilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest