"Arsenal" komandanın baş məşqçisi Mikel Arteta ilə yeni müqavilənin şərtlərini razılaşdırıb.
Matc.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Artetanın "Arsenal"la hazırkı müqaviləsi cari mövsümün sonuna qədər qüvvədədir, yeni sözləşmə isə 2029-cu ilin yayına qədər nəzərdə tutulacaq. İspaniyalı mütəxəssisin maaşı ildə 5 milyon funt-sterlinqdən 10 milyon funt-sterlinqə qaldırılacaq, həmçinin bura 5 milyon mümkün bonus da əlavə olunacaq.
Arteta 2019-cu ilin dekabrından "Arsenal"a rəhbərlik edir. Mütəxəssisin rəhbərliyi altında "topçular" ötən mövsüm son 22 ildə ilk dəfə İngiltərə çempionu olublar, həmçinin tarixlərində ikinci dəfə Çempionlar Liqasının finalına yüksəliblər.
Hazırda komanda çempionatın turnir cədvəlində "Mançester Siti"dən 3 xal geri qalaraq ikinci pillədə qərarlaşıb.








_1790093096.jpg)




