22 Sentyabr 2026, 19:46
FUTBOL
Aleksander Blessin "Borussiya"nın baş məşqçisi vəzifəsinə təyin edilib.
Matc.az xəbər verir ki, bu barədə Münhenqladbax klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, müqavilə 2 illik – 2028-ci ilin yayına qədər nəzərdə tutulub. "Borussiya"ın baş məşqçisi postunda 53 yaşlı mütəxəssis sentyabrın 13-də qovulan Oygen Polanskini əvəzləyib. Onun rəhbərliyi altında komanda mövsümün startını uğursuz keçirib və hazırda 4 turda 0 xal toplayaraq Bundesliqada sonuncu pillədə qərarlaşıb.
Qeyd edək ki, Blessin "Leypsiq"in strukturunda, həmçinin "Ostende", "Cenoa", "Yunion Sen-Jilvaz", "Sankt-Pauli" və "Cenoa" klublarında çalışıb.









_1790093096.jpg)



