Dortmund "Borussiya"sı və Qvineya yığmasının hücumçusu Seru Girassi karyerasını "Mançester Yunayted"də davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "TeamTalk" portalı məlumat yayıb.

Bildirilir ki, "Mançester Yunayted" rəhbərliyi komandanın hücum xəttinin gücləndirilməsinə ehtiyac olduğunu düşünür və Girassini gələn ilin yanvarında reallaşacaq "transfer pəncərəsi" üçün prioritet variantlardan biri kimi nəzərdən keçirir.

30 yaşlı hücumçunun "Borussiya" ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir, onun transfer dəyəri isə 32 milyon avro qiymətləndirilir. Seru yeni mövsümə "Borussiya"nın heyətində bütün turnirlərdə çıxdığı 6 matçda 4 qol və 2 məhsuldar ötürmə ilə başlayıb.

Bu ilin yayında "Barselona" da Girassinin xidmətində maraqlı olub, lakin Kataloniya klubu "Borussiya"nın futbolçu üçün 50 milyon avro qiymət qoymasından sonra bu transferdən imtina edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest