İspaniyanın "Betis" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, sözügedən klub La Liqanın digər təmsilçisi "Espanyol"un hücumçusu Borxa İqlesiası transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 26 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.
 
"Betis" bu transfer üçün "Espanyol"a 28 milyon avro ödəyib. Borxa yeni komandasında 9 nömrəli formanı geyinəcək.
 
İspaniyalı hücumçu "Vilyarreal"ın yetirməsidi. O, 2013-cü ildən etibarən 4 mövsüm "Selta"da çıxış edib. 2017/18 mövsümünü "Saraqosa"da icarədə keçirən forvard 2018-ci ilin yayında "Espanyol"a transfer olunmuşdu. İqlesias geridə qlaan mövsümdə bu komandada 43 oyuna 20 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest