Azərbaycan Premyer Liqasında 2019/20 mövsümü start götürüb. Matc.az saytının məlumatına görə, sayca 28-ci ölkə çempionatının ilk oyunu Mərdəkanda baş tutub.

"Dalğa Arena"da son mövsümün autsayderi olan "Keşlə" ölkə çempionu "Qarabağ"ı qəbul edib. İlk yarıda qapılara top vurulmayıb. İkinci hissədə "Keşlə"nin əvəzetmədən meydana daxil olan futbolçusu Emin Mehtiyev ikinci sarı, qırmızı vərəqə alaraq meydandan qovulub. Bundan az sonra "Qarabağ"ın heyətində İsmayıl İbrahimli oyunda vurulan yeganə qola imza atıb.  

Turun digər oyunları avqustun 17-19-da baş tutacaq. Sabah "Qəbələ" "Sumqayıt"ı, ertəsi gün "Səbail" "Zirə"ni, gələn həftənin ilk günündə isə "Neftçi" "Sabah"ı qəbul edəcək.

 

Azərbaycan Premyer Liqası

I tur
16 avqust

"Keşlə" – "Qarabağ" - 0:1
Qol: İsmayıl İbrahimli, 78
Qırmızı vərəqə: 
Emin Mehtiyev, 75
"Dalğa Arena". Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Mübariz Haşımov, Etibar Həsənov 
"Keşlə": 1. Stanislav Namaşko, 4. Slavik Alxasov (k), 11. Ruslan Qurbanov, 17. Vüsal İsgəndərli, 2. İlkin Qırtımov, 21. Miyusko Boyoviç, 25. Con Kamara, 5. Franko Valentin Flores, 10. Sezar Meza Kolli, 9. Lorenzo Frutos, 7. Tural Bayramlı
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 16. Şahin Zəkiyev, 14. Emin Mehtiyev, 19. Azər Salahlı, 3. Cabir Əmirli, 18. Ruslan Əmircanov, 6. Rəşad Sadiqov, 71. Emin Quliyev, 90. Orxan Fərəcov, 13. Pərviz Azadov
Baş məşqçi: Tərlan Əhmədov

"Qarabağ": 12. Şahruddin Məhəmmədəliyev, 7. Araz Abdullayev, 5. Maksim Medvedev (k), 20. Riçard Almeyda, 4. Rahil Məmmədov, 30. Abbas Hüseynov, 2. Qara Qarayev, 10. Dani Kintana, 99. Maqaye Geye, 23. Fayçal Rerras, 18. İsmayıl İbrahimli
Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 94. Nicat Mehbalıyev, 11. Mahir Emreli, 14. Rəşad Sadıqov, 6. Simeon Slavçev, 3. Ailton Silva, 8. Markos Madera, 21. Hacıağa Hacılı, 71. Toral Bayramov, 29. Musa Qurbanlı
Baş məşqçi: Qurban Qurbanov

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest