Azərbaycan Premyer Liqasının 2019-20 mövsümünün ilk qolu "Keşlə" üçün uğursuz yubileylə əlamətdar olub. Çempionatın açılış oyununda "Qarabağ"a 0:1 hesabı ilə uduzan bakılılar yarışın tarixində 500-cü dəfə qol buraxıb.

Azərbaycan Premyer Liqasının 2019-20 mövsümünün ilk qolu "Keşlə" üçün uğursuz yubileylə əlamətdar olub. Matc.az xəbər verir ki, çempionatın açılış oyununda "Qarabağ"a 0:1 hesabı ilə uduzan bakılılar yarışın tarixində 500-cü dəfə qol buraxıb.

Bu topa Ağdam klubunun üzvü İsmayıl İbrahimli imza atıb. Paytaxt təmsilçisi 546-cı qarşılaşmada 1000-i yarılayıb. Müxtəlif illərdə "Xəzər Universiteti" və "İnter" adları altında da çıxış edən komanda orta hesabla hər qarşılaşmada 0,92 top buraxıb. Yüksək dəstədə 1999-2000 mövsümündə debüt edən Bakı klubu evdə 195, səfərdə 305 qola üzülüb.

"Keşlə" ölkə çempionatları tarixində ən çox qol buraxan 6-cı komandadı. "Turan" 690, "Kəpəz" 645, "Qarabağ" 614, "Neftçi" 604, "Bakı" 531 dəfə topu qapısında görüb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest