Azərbaycan Premyer Liqasında I turun mübarizəsi davam edir. Matc.az saytının məlumatına görə, bu gün açılış turunun daha bir oyunu keçirilib.

Avrokuboklarla erkən vidalaşan "Səbail" yeni mövsümdən ilk "üçlüy"ü hədəfləyən "Zirə" ilə üz-üzə gəlib. Ciddi maliyyə problemi ilə üzləşən və hətta bəzi yeni transferləri ilə vidalaşmaq məcburiyyətində qalan "Səbail"də vəziyyət heç də ürəkaçan deyildi.

Bunun fonunda həm yerli, həm də əcnəbi transferlərində fəallıq nümayiş etdirən "Zirə" kifayət qədər iddialı görünürdü. Bu mənada Samir Abasovun yetirmələrinin səfərdə oynamasına baxmayaraq, 3 xalla başlaması təəccüblü olmazdı. Amma qarşılaşma tam fərqli mənzərəni ortaya qoyub. Daha üstün oyun sərgiləyən meydan sahibləri qarşılaşmanın sonlarında penaltidən vurduqları yeganə qol sayəsində qələbə qazanıblar.

 

Azərbaycan Premyer Liqası
I tur
18 avqust

"Səbail" – "Zirə" 1:0
Qol: Y.Koçuk, 79-pen.

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Rauf Allahverdiyev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
"ASCO Arena"


Səbail: 85. Kamal Bayramov (k), 34. ürfan Abbasov, 7. Fəhmin Muradbəyli, 32. Elvin Yunuszadə, 22. Mirabdulla Abbasov, 10. Ağabala Ramazanov, 13. Şəhriyar Rəhimov, 14. Rahid Əmirquliyev (k), 8. Yevgeni Koçuk, 21. Eriko da Silva, 3. Turan Manafov.
Ehtiyat oyunçular: 12. Daniel Bojinovski, 25. Elxan Əhmədov, 4. Eltun Yaqublu, 17. Elçin Rəhimli, 26. Kamal Qurbanov, 9. Mirsahib Abbasov, 55. Adil Nağıyev, 88. Orxan Qurbanlı, 5. Vüqar Bəybalayev, 6. Maykl Esyen, 19. Ruslan Hacıyev, 77. Ədilxan Qarəhmədov.
Baş məşqçi: Aftandil Hacıyev.

Zirə: 28. Boyan Zoqoviç, 14. Bəxtiyar Həsənalızadə, 8. İlkin Muradov, 4. Elvin Camalov, 7. Cavid Hüseynov (k), 23. Kqasvane Mfo, 48. Şafik Tiqrudja, 27. Adrian Skarlatake, 18. Xulio Sezar Rodriges, 5. Anastasios Papazoğlu, 99. Rafael Məhərrəmli.
Ehtiyat oyunçular: 1. Orxan Sadıqlı, 62. Abdulla Seyidəhmədov, 88. Tellur Mütəllimov, 10. Elvin Məmmədov, 17. Robin Nqalande, 25. Miloş Bakraç, 11. Soni Norde, 70. Nicat Süleymanov, 77. Cəlal Hüseynov.
Baş məşqçi: Samir Abasov.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest