Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk turu başa çatıb. Matc.az saytının məlumatına görə, bu gün açılış turunun son oyunu keçirilib.

Alternativli heyətlə bu dəfə çempionluğu hədəfləyən "Neftçi" yay fasiləsindən xeyli güclənmiş "Sabah"ı qəbul edib. Bunu ilk turun mərkəzi oyunu da saymaq olardı.

Təbii ki, avrokuboklardakı ardıcıl oyunlarla formaya düşən "flaqman" daha şanslı idi. Ancaq "ağ-qaralar"ın paytaxt derbisində işi asan olmayacaqdı. Belə də olub. Qarşılaşmada hesabı da qonaqlar açıblar. Amma Rəşad Eyubovun hesabı açmasından cəmi 7 dəqiqə sonra Soni Mustivar "Neftçi"ni məğlubiyyətdən xilas edən qola imza atıb. Fasilədən sonra isə hesab dəyişməz qalıb. Beləcə, bu iki komanda mövsümün ilk matçında qələbəyə həsrət qalıb. Bu, həm də cari mövsümdəki ilk heç-heçə olub.

Azərbaycan Premyer Liqası
I tur
19 avqust

"Neftçi" – "Sabah" 1:1
Qol: S.Mustivar, 40 - R.Eyubov, 33.

"Bakcell Arena". 
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Nicat İsmayıllı

"Neftçi": 1. Səlahət Ağayev, 8. Emin Mahmudov (k), 18. Tural Axundov, 19. Rauf Əliyev, 11. Platellas Evangelos, 93. Soni Mustivar, 6. Voyislav Stankoviç, 28. Stiven Monroz, 25. Kiril Petrov, 10. Dario Frederiko, 5. Anton Krivotsyuk
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 12. Kamran İbrahimov, 7. Namiq Ələsgərov, 17. Rəhman Hacıyev, 3. Mamadu Mbodj, 36. Mamadu Kane, 26. ömər Buludov, 33. Turan Vəlizadə, 80. İsmayıl Zülfüqarlı
Baş məşqçi: Roberto Bordin

"Sabah" : 71. Dmitro Bezruk, 4. Bəhlul Mustafazadə, 21. Təmkin Xəlilzadə, 10. Cavid İmamverdiyev, 15. Ruslan Abışov (k), 14. Rəşad Eyubov, 17. Məhəmməd Mirzəbəyov,
7. Coşqun Diniyev, 27. Hendrik Ekşteyn, 9. Ulise Diallo, 99. Abbas Ağazadə
Ehtiyat oyunçular: 1. Saşa Stamenkoviç, 6. Vadim Abdullayev, 22. Məqsəd İsayev, 5. Kərim Diniyev,  77. Cavid Tağıyev, 23. Amadu Diallo, 13. Filip İvanoviç, 65. Xəyal Tomarov, 97. Emil Qasımov,11. Şakir Seyidov
Baş məşqçi: Elşad Əhmədov

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest