"İnter"in yeni transferi Romelu Lukaku "Mançester Yunayted"dən ayrılmasının səbəbini açıqlayıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Belçika millisinin üzvü bunun günahını klub rəhbərliyində görür.

Ulduz futbolçu "qırmızı şeytanlar"ın onu qorumadığını söyləyib: “Klub qınaq obyekti tapmalı idi. Bu, həmişə Poqba, mən və ya Sançes idi. Həmişə üçümüzdən biri ön plana atılırdı. Çoxları yeni oyun sisteminə uyğun olmadığımı düşünür. Bu, sadəcə məni güldürdü. Belə çıxır ki, bu komandada hər şeyi korlayıram. Bəs milli komanda haqda nə demək olar? Orda barəmdə fərqli şeylər söyləsələr də, heç kim mənə şikayət etmir. "Mançester Yunayted"də şayiələr çox idi. Heç kim də bunun qarşısına çıxmadı. 3-4 həftə belə davam etdi, kiminsə bütün bunları təkzib edəcəyini gözlədim, amma heç nə olmadı. Sonra özüm klubla söhbətə başladım və ayrılmaq istədiyimi dedim. Birini qorumaq istəmirsinizsə, şayiələr artıq sabit bir axına çevrilir".

Qeyd edək ki, Lukaku "İnter"lə 5 illik müqavilə bağlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest