“Neftçi”nin futbolçusu Soni Mustivar Haiti milli komandasına dəvət olunub. Matc.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
 
29 yaşlı yarımmüdafiəçi KONKAKAF Milli Liqası çərçivəsində sentyabrın 7-si və 10-də Kurasao yığması ilə keçiriləcək oyunlara çağırılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest