Futbol üzrə Azərbaycan I Divizionunda 1-ci tura yekun vurulub. Matc.az xəbər verir ki, son oyun günündə də üç görüş baş tutub.

"Sabah"ın əvəzediciləri səfərdə "Zaqatala"ya minimal hesabla qalib gəlib.

Yeddi qolun qeydə alındığı "Zirə-2" - "Ağsu" matçında da qonaqlar sevinən tərəf olub. 

"Turan Tovuz" isə "Səbail"in əvəzediciləri ilə dueldən qalib ayrılıb.

I Divizion
1-ci tur

23 avqust

"Zaqatala" - "Sabah-2" 0:1
Qol: Reza Biqdelo, 70.

"Zirə-2" - "Ağsu" 3:4
Qol: Seyxan Fərəcov, 21; Tacir Əlizadə, 61; Tapdıq Əhmədov, 66 - Qalib Əmrahov, 10; Ceyhun Rəcəbli, 11; Ramil Əliyev, 55; Malik Babayev, 90.

"Səbail-2" - "Turan Tovuz" 1:2
Qol: Bahadur Həziyev, 69 - Murad Hüseynov, 44; Elvin İsmayılov, 73.

Turun ötən gün baş tutan oyunlarında bu nəticələr qeydə alınmışdı: "Qaradağ Lökbatan" - "Sumqayıt-2" 0:2. "Neftçi-2" – "Keşlə-2" 1:1. "Kəpəz" - MOİK 2:2.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest