"Zirə" Azərbaycan Premyer Liqasının II turunda "Neftçi" ilə görüşəcək. Bu, bakılıların cari mövsümdə ilk ev oyunu olacaq. Komanda ölkənin ən titullu klubu ilə 17-ci dəfə qarşılaşacaq.

"Zirə" Azərbaycan Premyer Liqasının II turunda "Neftçi" ilə görüşəcək. Matc.az xəbər verir ki, bu, bakılıların cari mövsümdə ilk ev oyunu olacaq.

Komanda ölkənin ən titullu klubu ilə 17-ci dəfə qarşılaşacaq. İlk dəfə 2015-16 mövsümündə üz-üzə gələn rəqiblər arxada qalan 4 çempionatın hərəsində dörd dəfə münasibətlərini aydınlaşdırıblar. "Zirə" əvvəlki çempionat matçlarında üstünlüyə malikdi. Oyunların yarısında – 8 dəfə qalib gələn "qartallar" 5 heç-heçə edib və üç dəfə meydandan xalsız ayrılıb. Top fərqində də öndə olan zirəlilər texniki nəticə nəzərə alınmamaqla 20 qol vurub, 15-ni buraxıb.

"Neftçi"nin qapısına ən çox qol vuran futbolçu Luis Alberto Diez 3 dəfə fərqlənməyə müvəffəq olub. Nelson Bonilya, Riçard Qadze, Vüsal İsgəndərli və Mfo Kqasvane 2 dəfə rəqib qapısına yol tapıb. ümumilikdə "Zirə"nin 13 oyunçusu bu matçlarda qol sevinci yaşayıb. Bir top isə rəqib avtoqolu sayəsində gerçəkləşib.

İndiyədək 8 dəfə evdə "Neftçi" ilə üz-üzə gələn "Zirə" 5 qələbə qazanıb, 1 heç-heçə edib və 2 matçdan xalsız ayrılıb. Doğma divarlar arasında 9 qol vuran qəsəbə təmsilçisi 5 top buraxıb.

Qeyd edək ki, "Zirə" – "Neftçi" oyunu avqustun 26-da Zirə İdman Kompleksinin stadionunda keçiriləcək. Matç saat 19:00-da başlayacaq.

 

2015/16 mövsümü

03.10.2015. Zirə - Neftçi - 2:0

İqor İvanoviç, 19; Nelson Bonilla, 71

06.12.2015. Neftçi - Zirə - 1:1

Ruslan Qurbanov, 10 - Luis Alberto Diez, 4

27.02.2016. Zirə - Neftçi - 3:0

Nelson Bonilla, 24; Luis Alberto Diez, 88, 90+3

23.04.2016. Neftçi - Zirə - 0:0

 

2016/17 mövsümü

14.08.2016. Neftçi - Zirə - 0:1

Vüqar Mustafayev, 43

16.10.2016. Zirə - Neftçi - 2:0

Yovan Krneta, 43 (p.); Adil Nağıyev, 50

05.03.2017. Neftçi - Zirə - 1:2

Daniel Seqovia, 60 (p.) - Georgi Navalovski, 62 (ö.q.); Milan Duriç, 79

23.04.2017. Zirə - Neftçi - +:-

 

2017/18 mövsümü

16.09.2017. Neftçi - Zirə - 1:2

Uqo Barqas, 54 - Vüsal İsgəndərli, 17; Riçard Qadze, 53

05.11.2017. Zirə - Neftçi - 1:0

Riçard Qadze, 30

24.02.2018. Neftçi - Zirə - 1:1

İqnasio Herrera, 22 - Comal Evans Uilyams, 30

15.04.2018. Zirə - Neftçi - 0:3

Rəhman Hacıyev, 10-p.; İqnasio Herrera, 90+1; Rəşad Sadiqov, 90+5

 

2018/19 mövsümü

22.09.2018. Zirə - Neftçi - 1:2

Dilan Duventru, 33 - Mirabdulla Abbasov, 6; Qoran Paratski, 52

10.11.2018. Neftçi – Zirə – 2:2

Baqali Dabo, 36; Mirabdulla Abbasov, 80 - Tellur Mütəllimov, 76; Vüsal İsgəndərli, 83

16.02.2019. Zirə - Neftçi - 0:0

06.04.2019. Neftçi – Zirə – 4:2

Baqali Dabo, 40, 88; Anton Krivotsyuk, 44; Namiq Ələsgərov, 61 - Mfo Kqasvane, 59, 80 (p.)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest