Türkiyənin "Antalyaspor" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi Ukraynanın "Şaxtyor" (Donetsk) klubunun hücumçusu Qustavo Blanko Leşuku transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Argentinalı forvard yeni klubu ilə 4 illik müqavilə imzalayıb.
 
"Arsenal de Sarandi"nin yetirməsi olan Leşuk, ölkəsində "Deportivo Merlo"da da çıxış edib. Daha sonra o, Rusiyanın "Anji", Mərakeşin "Vidad", İsveçin "Assiriska" klublarında legioner həyatı yaşayıb. 2016/17 mövsümünü Ukraynanın "Karpatı" klubunda keçirən Qustavo, 2017-ci ildən "Şaxtyor"dadı. Amma ötən mövsümü o, İspaniyanın "Malaqa" klubunda icarədə keçirib, 42 oyuna 9 qolla yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest