"Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazana bilsəydik, psixoloji olaraq daha yaxşı durumda ola bilərdik. Bu, kollektivə yaxşı təsir edərdi. Amma çempionata köklənməli və nəticələri yaxşılaşdırmalıyıq".

"Qələbə qazanmaq istəyirdik. Bu, vəziyyətin normal olması üçün çox vacib idi. Bunun üçün çalışdıq, amma alınmadı". Matc.az xəbər verir ki, bu fikirləri "Neftçi"nin futbolçusu Namiq Ələsgərov Premyer Liqanın II turunda "Zirə"yə uduzduqları (0:1) oyundan sonra jurnalistlərə açıqlamasında deyib.

24 yaşlı yarımmüdafiəçi bildirib ki, məğlub olacaqlarını öncədən fikirləşməyiblər: "Ancaq qələbə qazanmağı düşünürdük. Pis oynamadıq, yaxşı mübarizə apardıq. Amma qol epizodlarından istifadə edə bilmədik və məğlub olduq".

Oyunçu klub daxilində baş verən söz-söhbətlər barədə danışmaq istəmədiyini vurğulayıb: "Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazana bilsəydik, psixoloji olaraq daha yaxşı durumda ola bilərdik. Bu, kollektivə yaxşı təsir edərdi. Amma çempionata köklənməli və nəticələri yaxşılaşdırmalıyıq. Hazırda bizə bir qələbə lazımdı ki, bu vəziyyətdən çıxa bilək. çempionluq üçün mübarizə aparırıq. Hədəfimiz budu. Hələ yarış təzə başlayıb. İndidən danışmaq tezdi. Hər şey öz əlimizdədi. Qarşıda çox matç var və durumu yaxşılaşdıra bilərik".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest