"Zirə" Premyer Liqada 30-cu ev qələbəsini qazanıb. Matc.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu, mövsümün II turuna təsadüf edib.

Yeni mövsümdə ilk dəfə doğma divarlar arasında oynayan "qartallar" "Neftçi"ni 1:0 hesabı ilə məğlubiyyətə uğradıb. Komanda öz meydanında keçirdiyi 61-ci matçında "30"a çatıb.

"Zirə" yüksək dəstədə debüt etdiyi 2015/16 mövsümündə 12, növbəti çempionatda 7 dəfə qonaqları xalsız qoyub. 2017/18 mövsümündə 6, ötən yarışda 4 qələbəsi olan bakılılar evdəki 30 uğurundan 5-cisini indiki baş məşqçisi Samir Abasovla qazanıb.

 

"Zirə"nin Premyer Liqada əlamətdar ev qələbələri

1-ci. 09.08.2015. "Zirə" - AZAL - 1:0

10-cu. 20.03.2016. "Zirə" - AZAL - 4:2

20-ci. 13.08.2017. "Zirə" - "Səbail" - 2:1

30-cu. 26.08.2019. "Zirə" - "Neftçi" – 1:0

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest