UEFA 2018/19 mövsümünün ən yaxşı yarımmüdafiəçisini mükafatlandırıb. Matc.az xəbər verir ki, təltifetmə mərasimi UEFA çempionlar Liqasının Monakoda təşkil olunan qrup mərhələsinin püşkatmasında gerçəkləşib.
 
Bu mükafata mövsümü "Ayaks"da keçirən Frenki de Yonq sahib çıxıb. O, UEFA-nın sorğusunda Kristian Eriksenlə Cordan Hendersonu qabaqlaya bilib.
 
Qeyd edək ki, 2018/19 mövsümünün ən yaxşı qapıçısı "Liverpul"un əlcək sahibi Alisson Bekker, müdafiəçisi isə onun komanda yoldaşı Vircil van Dayk seçilib.
 
Sonda onu da bildirək ki, Frenki de Yonq bu yay İspaniyanın "Barselona" klubuna transfer olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest