“Qarabağ”a qədər Çempionlar Liqasının Çempionlar yolunun III təsnifat mərhələsində uduzan “Bazel” (İsveçrə), “Dinamo” (Kiyev, Ukrayna), “Başakşəhər” (Türkiyə) və “Portu” (Portuqaliya) klubları, həmçinin qitənin ən nüfuzlu klub turnirinin pley-offunda uduzanlar – “Krasnodar” (Rusiya), APOEL (Kipr), LASK (Avstriya), “Rusenborq” (Norveç), “Yanq Boyz” (İsveçrə), ÇFR (Rumıniya) də qrupa vəsiqə əldə ediblər

Azərbaycan çempionu “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibləri sabah bəlli olacaq. Matc.az xəbər verir ki, avqustun 30-da baş tutacaq püşkatmada 48 klub 12 qrupa bölünəcək.

Tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Monakoda təşkil olunacaq mərasimə qatılacaq klublardan 28-i bəllidi.

“Qarabağ”a qədər Çempionlar Liqasının Çempionlar yolunun III təsnifat mərhələsində uduzan “Bazel” (İsveçrə), “Dinamo” (Kiyev, Ukrayna), “Başakşəhər” (Türkiyə) və “Portu” (Portuqaliya) klubları, həmçinin qitənin ən nüfuzlu klub turnirinin pley-offunda uduzanlar – “Krasnodar” (Rusiya), APOEL (Kipr), LASK (Avstriya), “Rusenborq” (Norveç), “Yanq Boyz” (İsveçrə), ÇFR (Rumıniya) də qrupa vəsiqə əldə ediblər. “Sevilya”, “Xetafe” (hər ikisi İspaniya), “Arsenal”, “Mançester Yunayted” (hər ikisi İngiltərə), “Roma”, “Latsio” (hər ikisi İtaliya), “Beşiktaş” (Türkiyə), MOİK (Rusiya), “Sportinq” (Portuqaliya), “Volfsburq”, “Borussiya” M (hər ikisi Almaniya), “Sent Etyen”, “Renn” (hər ikisi Fransa), “Standard” (Belçika), “Aleksndriya” (Ukrayna), “Volfsberq” (Avstriya) və “Luqano” (İsveçrə) isə mübarizəyə birbaşa qrupdan başlayacaq.

Qeyd edək ki, digər 20 komanda bu gun keçirilən matçlarda bəlli olacaq. Məhz bundan sonra klubların püşkatmada yer alacağı səbətlər dəqiqləşəcək. Lakin “Qarabağ” böyük ehtimalla 3-cü səbətə düşəcək. apa

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest