Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan APOEL-də islahatlara başlanıb. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, Nikosiya təmsilçisi Çempionlar Liqasında yoluna davam etmədiyindən, rəhbərlik bir neçə əcnəbi oyunçusu ilə yollarını ayırmaq qərarına gəlib.

Artıq 3 futbolçunun komandanı tərk edəcəyi gözlənilir. Bunlar qapıçı Rafael Romo, müdafiəçi Kevin Lafrens və hücumçu Reza Qoçannejaddı. Rəhbərlik müvafiq olaraq venesuelalı, haitili və iranlı oyunçuya bu qərarını açıqlayıb və millilərində çıxış edən futbolçulara özlərinə klub tapmaq tapşırığını verib.

Qeyd edək ki, "Qarabağ" A qrupunda APOEL-lə yanaşı, "Sevilya" və "Düdelanj"la mübarizə aparacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest