Azərbaycan Kubokunun final matçı ölkə futbolu tarixində ilk dəfə Gəncə şəhər stadionunda baş tutacaq.
Matc.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov "Facebook" hesabında məlumat yayıb.
PFL rəhbəri bu tarixi qərarın idman ictimaiyyəti tərəfindən böyük sevinclə qarşılanacağını qeyd edib: "Peşəkar Futbol Liqasının təklifi və AFFA prezidenti Rövşən Nəcəfin qərarı ilə Azərbaycanın futbol tarixində ilk dəfə Azərbaycan Kubokunun finalı Gəncə şəhər stadionunda keçiriləcək. Bu işdə dəstək olan gənclər və idman naziri Fərid Qayıbova dərin təşəkkürümü bildirirəm. Tarixi məkanda tarixi matçda görüşənədək".
Xatırladaq ki, təsdiqlənmiş təqvimə əsasən, Azərbaycan Kubokunun cari mövsümünün final qarşılaşması 2027-ci il mayın 12-nə planlaşdırılıb.













