Azərbaycan Premyer Liqasında III tura start verilib. Matc.az saytının məlumatına görə, bu gün turun ilk 2 oyunu keçirilib.

Açılış matçı Qəbələdə baş tutub. Mövsümə uğursuz start verən "Qəbələ", ilk oyunlarda pis təsir bağışlamayan "Keşlə"ni qəbul edib. Ardıcıl olaraq "Sumqayıt" və "Qarabağ"a məğlub olan "qırmızı-qaralar" nəinki xal qazana bilib, heç qol hesabını da açmayıb. "Keşlə" isə "Qarabağ"a müqavimət göstərmək və "Sabah"a qalib gəlməklə rəğbət qazanıb. Sənan Qurbanovun yetirmələri doğma azarkeşləri önündə ilk xallarını qazanmaq niyyətindəydi. Amma paytaxt təmsilçisi bu görüşdə 4 cavabsız qolla qalib gəlib.

Günün digər görüşü Zirə İdman Kompleksinin stadionunda baş tutub. ötən turda "Neftçi"ni məğlubiyyətə uğradan "Zirə" ilk iki turda yeganə xalını məhz "flaqman"dan alan "Sabah"ı qəbul edib. Avrokubokları hədəfləyən komandaların dueli maraqla gözlənilirdi. Matçda hesabı qonaqlar açıblar. Amma oyunun sonlarında meydan sahibləri buraxılan topun əvəzini çıxa biliblər və qarşılaşma heç-heçə yekunlaşıb.

Azərbaycan Premyer Liqası
III tur
31 avqust

"Qəbələ" – "Keşlə" 0:4
Qol: S.Alxasov, 10. T.Bayramlı, 39. L.Frutos, 45+1; 90+1.

Qəbələ şəhər stadionu. Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Cəmil Quliyev, Nicat İsmayıllı
"Qəbələ": 94. Tərlan Əhmədli, 11. Asif Məmmədov (k), 74. Yusif Nəbiyev, 28. Murad Musayev, 4. Sadiq Quliyev, 9. Davit Volkov, 21. Fernan Lopez, 77. Merab Qiqauri, 10. Klesio Bauk, 13. Kristian Kuaku, 2. Amin Seydiyev
Ehtiyat oyunçular: 1. Anar Nəzirov, 8. Qismət Alıyev, 5. Rasim Ramaldanov, 14. ülvi İsgəndərov, 7. Roman Hüseynov, 19. Rövlan Muradov, 20. Faiq Hacıyev, 22. Rüstəm Nuriyev, 15. Vüsal Məsimov, 55. İdris İnqilablı
Baş məşqçi: Zaur Həşimov
"Keşlə": 1. Stanislav Namaşko, 4. Slavik Alxasov (k), 11. Ruslan Qurbanov, 19. Azər Salahlı, 17. Vüsal İsgəndərli, 2. İlkin Qırtımov, 21. Miyusko Boyoviç, 25. Con Kamara, 5. Franko Flores, 9. Lorenzo Frutos, 7. Tural Bayramlı
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 14. Emin Mehtiyev, 3. Cabir Əmirli, 18. Ruslan Əmircanov, 22. Əfran İsmayılov, 6. Rəşad Sadiqov, 66. Murad Qayalı, 90. Orxan Fərəcov, 13. Pərviz Azadov
Baş məşqçi: Tərlan Əhmədov

 

"Zirə" – "Sabah" 1:1
Qol: S.Norde, 88 - A.Diallo, 35.
Matçın 48-ci dəqiqəsində "Zirə"nin kapitanı Cavid Hüseynov penaltidən yararlana bilməyib (qapıçı).
Zirə İdman Kompleksinin stadionu. 
Hakimlər: Rövşən Rəcəbov, Mübariz Haşımov, Rahil Ramazanov, Rəşad Əhmədov

Zirə: 1. Orxan Sadıqlı, 4. Elvin Camalov, 7. Cavid Hüseynov (k), 10. Elvin Məmmədov, 48. Şafik Tiqrudja, 27. Adrian Skarlatake, 5. Anastasios Papazoqlu, 25. Miloş  Bakraç, 11. Soni Norde, 6. Alvaro Ampuero, 99. Rafael Məhərrəmli.
Ehtiyat oyunçular: 28. Boyan Zoqoviç, 62. Abdulla Seyidəhmədov, 88. Tellur Mütəllimov, 14. Bəxtiyar Həsənalızadə, 8. İlkin Muradov, 17. Robin Nqalande, 23. Mfo Kqasvane, 18. Xulio Sezar Rodriges, 70. Nicat Süleymanov, 64. Kənan Cəfərov.
Baş məşqçi: Samir Abasov.

Sabah: 1. Saşa Stamenkoviç, 4. Bəhlul Mustafazadə, 21. Təmkin Xəlilzadə, 10. Cavid İmamverdiyev, 15. Ruslan Abışov (k), 14. Rəşad Eyubov, 22. Məqsəd İsayev, 7. Coşqun Diniyev, 23. Amadu Diallo, 19. Rocer Roxas, 26. Ozan Can Kökcü.
Ehtiyat oyunçular: 71. Dmitri Bezruk, 6. Vadim Abdullayev, 17. Məhəmməd Mirzəbəyov, 5. Kərim Diniyev, 27. Hendrik Eksteyn, 13. Filip İvanoviç, 9. Ulise Diallo, 99. Abbas Ağazadə, 11. Şakir Seyidov.
Baş məşqçi: Elşad Əhmədov.

 

1

Səbail

2

2

0

0

4-0

6

2

Qarabağ

2

2

0

0

4-0

6

3

Zirə

2

1

0

1

1-1

3

4

Keşlə

2

1

0

1

1-1

3

5

Sumqayıt

2

1

0

1

2-3

3

6

Neftçi

2

0

1

1

1-2

1

7

Sabah

2

0

1

1

1-2

1

8

Qəbələ

2

0

0

2

0-5

0

Bombardirlər: Mehdi Şərifi ("Sumqayıt"), Ağabala Ramazanov ("Səbail") - 2 qol

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest