Azərbaycan Premyer Liqasının III turu çərçivəsində keçiriləcək “Neftçi” – “Sumqayıt” oyununun biletləri satışa çıxarılıb. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, azarkeşlər biletləri qarşılaşmanın baş tutacağı “Bakcell Arena”nın kassalarından əldə edə bilər.

Qiymət VİP yerlərə 5 manat, qalan bütün sektorlara isə 1 manat təşkil edir.

Qeyd edək ki, sabah keçiriləcək görüş saat 19:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest