"Bavariya" klubunun mərkəz müdafiəçisi Dayot Upamekano Fransa milli komandasının antirekorduna imza atıb.
Matc.az xəbər verir ki, bu barədə "Stats Foot" nəşri məlumat yayıb.
Bildirilir ki, Fransa yığması Millətlər Liqasının üçüncü turunda öz meydanında İtaliya ilə heç-heçə (1:1) edib. Zinəddin Zidanın baş məşqçisi olduğu komanda qarşılaşmanı azlıqda başa vurub. Belə ki, matçın 85-ci dəqiqəsində Upamekano ikinci sarı vərəqəni alaraq meydandan qovulub.
Bu qırmızı vərəqə 2026-cı ildə onun Fransa millisinin heyətində aldığı ikinci analoji cəza olub. Təcrübəli müdafiəçi cari il martın 26-da Braziliyaya qarşı keçirilən yoldaşlıq görüşündə də birbaşa qırmızı vərəqə ilə cəzalandırılmışdı.
Bununla da Upamekano Fransa yığmasının tarixinə bir təqvim ili ərzində birdən çox qırmızı vərəqə alan ilk futbolçu kimi düşüb və antirekord müəyyənləşdirib.
Qeyd edək ki, Fransa millisinin heyətində 2020-ci ildə debüt edən 27 yaşlı futbolçu indiyə qədər meydana çıxdığı 48 matçda 2 qol vurmağı bacarıb.













