Madrid "Real"ının braziliyalı hücumçusu Endrik qış "transfer pəncərəsi"ndə klubunu dəyişə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Corriere dello Sport" nəşri məlumat yayıb.

Bildirilir ki, İtaliyanın "Roma" klubu 20 yaşlı futbolçunun icarəyə götürülməsində olduqca maraqlıdır və onu yanvar ayı üçün prioritet hədəf seçib. Romanın idman direktoru Damikonun danışıqlarda artıq müəyyən irəliləyişə nail olduğu qeyd edilir.

Endrik özü və atası İtaliyanın paytaxtına köçməyin tərəfdarıdırlar, çünki burada hücumçu həmyerlisi Uesli ilə yenidən bir araya gələ biləcək.

Mümkün gedişin əsas səbəbi kimi oyun praktikasının çatışmazlığı göstərilir. Braziliyalı oyunçu bu mövsüm La Liqada meydanda cəmi 4 dəqiqə keçirib.

"Real" rəhbərliyi futbolçunu sabit oyun vaxtı ilə təmin etmək və onun peşəkar inkişafını dəstəkləmək məqsədilə icarə variantını nəzərdən keçirməyə hazırdır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest