"Qalatasaray" dünya ulduzu Bruno Fernandesin transferində əhəmiyyətli bir üstünlük əldə edib.
Matc.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Bildirilir ki, "Mançester Yunayted"in portuqaliyalı kapitanını heyətinə qatmaq istəyən "sarı-qırmızılılar", transfer yarışına girdikləri İtaliyanın "Yuventus" və "Milan" klublarını qabaqlayaraq bir addım öndə qərarlaşıblar.
Hər iki A Seriyası təmsilçisi təcrübəli yarımmüdafiəçinin yüksək maliyyə tələblərini qarşılamaqda çətinlik çəkir. İstanbul klubunun təklif etdiyi iqtisadi şərtlərin isə Bruno Fernandes tərəfindən daha cəlbedici olduğu bildirilir.
"Qalatasaray" rəhbərliyi, yay "transfer pəncərəsi"ndə reallaşdıra bilmədiyi bu böyük əməliyyatı bu dəfə uğurla tamamlamaq niyyətindədir. İngiltərə mətbuatı isə "Mançester Yunayted" ilə ulduz futbolçu arasında müqavilədəki uzadılma opsiyası barədə hələlik razılıq əldə olunmadığını iddia edir.Tərəflərin yeni sözləşmə mövzusunda anlaşa bilməməsi ayrılıq ehtimalını gücləndirir.
"Sarı-qırmızılılar" bu qeyri-müəyyənlikdən yararlanmağı planlaşdırır. Əgər Portuqaliya millisinin üzvü müqaviləsini yeniləməzsə, İstanbul təmsilçisi yanvar ayında onunla danışıqlara başlayaraq mövsümün sonunda rəsmi transfer haqqı ödəmədən bu keçidi tamamlaya bilər.
Bununla belə, "Mançester Yunayted"in ulduz oyunçusundan gəlir əldə etmək istəyi transferin qışda reallaşma ehtimalını da gündəmdə saxlayır. Burada həlledici məqam İngiltərə klubunun tələb edəcəyi transfer məbləği olacaq. Rəhbərlik şərtlərin uyğun olacağı təqdirdə yanvarda hərəkətə keçməyə hazırdır. Belə bir ssenaridə klubun legioner limitində yer açmaq üçün heyətdəki futbolçulardan biri ilə yolları ayırması da variantlar arasındadır.
Qeyd edək ki, 32 yaşlı yarımmüdafiəçi bu mövsüm Mançester təmsilçisinin heyətində meydana çıxdığı 7 matçda 4 qol vurub və 1 məhsuldar ötürmə ilə yaddan qalıb.













