"Turan Tovuz" və Türkiyənin "Fənərbaxça" klublarının rəhbərliyi, həmçinin nümayəndə heyətləri iki komanda arasında keçiriləcək yoldaşlıq görüşü öncəsi təşkil olunan rəsmi şam yeməyində bir araya gəlib.

Matc.az xəbər verir ki, bu barədə Tovuz təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, səmimi və dostluq şəraitində keçən tədbirdə klub rəsmiləri bir-birlərinə xatirə hədiyyələri təqdim ediblər.

"Fənərbaxça" klubunun prezidenti Əziz Yıldırımın, həmçinin "Turan Tovuz"un rəhbəri Ehtiram Quliyevin iştirak etdiyi ziyafətdə qonaqlar üçün Azərbaycanın milli rəqsləri nümayiş etdirilib, mədəniyyətimizi əks etdirən musiqi proqramı təşkil olunub.

Gecədə tərəflər futbolun inkişafı və gələcək mümkün əməkdaşlıqlar barədə fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, iki komanda arasında planlaşdırılan maraqlı yoldaşlıq görüşü bu gün saat 20:00-da, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest