Bu gün Azərbaycan II Liqasında VI tura start verilib.
Matc.az xəbər verir ki, turun ilk oyun günündə üç qarşılaşma baş tutub.
Günün ən böyükhesablı qələbələrindən birini "Şəmkir" səfərdə qazanıb. Zaqatala Olimpiya İdman Kompleksinin stadionunda "Şəki"ni qəbul edən şəmkirlilər rəqibin qapısından 5 cavabsız qol keçiriblər.
"Qaradağ Lökbatan" isə öz meydanında "Zəngəzur"u 4 qolla məğlub edib.
Digər gərgin qarşılaşmada isə "Ağstafa Gəncləri" səfərdə "Kür-Araz" üzərində qələbə qazanıb.
II Liqa
VI tur
3 oktyabr
"Qaradağ Lökbatan" – "Zəngəzur" - 4:0
Qollar: Ə. Əlizadə, 6, 21, 87, R. Orucov, 79
Qırmızı vərəqə: T.Qurbatov, 89 ("Zəngəzur")
Hakimlər: Sənan Bayramzadə, Təhmin Cəlilbəyli, Samir Cabbarov, Fəridə Lütfəliyeva
Lökbatan OİK stadionu
"Şəki" – "Şəmkir" - 0:5
Qollar: E. Abdullayev, 24, 38, 66, R. Allahverdiyev, 68, Ü. Sərıyev, 75
Hakimlər: Kamil Aydınov, Ruslan Məmmədov, Nurlan Əhmədzadə, Rauf Salamov
Zaqatala OİK stadionu
"Kür-Araz" – "Ağstafa Gəncləri" - 2:4
Qollar: B. Əliyev, 57, 59 - C. İmamverdiyev, 52, 65, E. Qasımov, 73, E. Namazov, 87
Hakimlər: Mehdi Yusifov, Ruslan Babayev, Cavid Ömərov, İlqar Əhmədov
Saatlı OİK stadionu













