Azərbaycan Premyer Liqasının III turunda keçiriləcək görüşlərin təyinatlarında dəyişikliklər edilib. Bu barədə AFFA Hakim və Hakim-İnspektorlar Komitəsi qərar qəbul edib.

Azərbaycan Premyer Liqasının III turunda keçiriləcək görüşlərin təyinatlarında dəyişikliklər edilib. Matc.az xəbər verir ki, bu barədə AFFA Hakim və Hakim-İnspektorlar Komitəsi qərar qəbul edib.

Belə ki, “Qəbələ” – “Keşlə” oyununda Əliyar Ağayev, Zeynal Zeynalov və Akif Əmirəlini müvafiq olaraq Rəhim Həsənov, Namiq Hüseynov və Cəmil Quliyev əvəz edəcək.

“Neftçi” - “Sumqayıt” oyununun 4-cü hakimi Elçin Məsiyev yox, Rauf Allahverdiyev olacaq.

“Səbail” – “Qarabağ” qarşılaşmasının isə 4-cü hakimi Rəhim Həsənov yox, Fərid Hacıyev olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest