Qadın voleybolçular arasında dünya çempionatının V turunun Tailand – Azərbaycan matçının statistik göstəriciləri açıqlanıb. Matç.az saytı xəbər verir ki, Asiya təmsilçisinin 3:1 (25:22, 15:25, 25:19, 25:17) hesablı qələbə qazandığı qarşılaşmanın ən məhsuldar oyunçusu yığmamızın hücumçusu Polina Rəhimova olub.
O, matçda 25 xal qazanıb. Yana Kulan 14, Olena Həsənova 9, Aynur İmanova 7, Yelizaveta Səmədova 6, Odina Əliyeva 3, Yana Əzimova , Kristina Yaqubova 2, Natalya Məmmədova 1 xal toplayıb.
59 dəqiq hücumda Polina Rəhimova 22, Yana Kulan 13, Olena Həsənova 7, Yelizaveta Səmədova 6, Aynur İmanova 5, Odina Əliyeva 3, Kristina Yaqubova 2, Natalya Məmmədova 1 xal toplayıb.
Blokda 7 xal qazanan millimizdə Olena Həsənova və Aynur İmanova hərəyə 2, Polina Rəhimova, Yana Kulan və Yana Əzimova hərəyə 1 dəfə fərqlənib. Servisdə qazanılan 3 xaldan ikisi Rəhimova, biri Əzimovanın hesabındadı.
özləri 69 xal qazanan voleybolçularımız 14 dəfə rəqib səhvinə sevinib. Təmsilçilərimiz isə 16 belə xətaya yol verib. Rəqibin ən məhsuldar oyunçusu isə vaxtilə ölkəmizdə oynamış Onuma Sittirak olub – 24 xal.