Türkiyə Superliqasında VIII turun oyunlarına yekun vurulub.

Matc.az xəbər verir ki, turun son oyun günüdə bir qarşılaşma baş tutub.

"Trabzonspor" doğma meydanda "Beşiktaş"ı qəbul edib. Gərgin keçən derbi qarşılaşması meydan sahiblərinin 2:0 hesablı inamlı qələbəsi ilə başa çatıb.

"Papara Park"da baş tutan qarşılaşmada "Trabzonspor"a qələbə qazandıran qolları 21-ci dəqiqədə Ozan Tufan və 71-ci dəqiqədə Məhəmməd Salah imzalayıblar.

Bu qələbədən sonra xalını 16-ya yüksəldən Qara dəniz təmsilçisi turnir cədvəlində 4-cü sıraya yüksəlib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest