İngiltərənin "çelsi" klubu futbolçusu Baba Rahmanla müqavilənin müddətini uzadıb. Matc.az xəbər verir ki, bu barədə London klubunun rəsmi saytı məlumat yayıb.
 
25 yaşlı müdafiəçinin yeni sözləşməsi 2022-ci ilin yayına qədər nəzərdə tutulub. öncəki müqavilənin müddəti 2021-ci ilin yayında bitəcəkdi.
 
London təmsilçisi müqaviləni yenilədikdən dərhal sonra qanalı oyunçunu icarəyə verib. Baba Rahman 2019/20 mövsümünün sonunadək İspaniyanın "Malyorka" klubunun uğurları üçün çalışacaq.
 
Qana yığmasının da üzvü olan sol cinah müdafiəçisi "çelsi"yə 2015-ci ildə Almaniyanın "Auqsburq" klubundan transfer olunub. Daha öncə "Asante Kotoko" və "Qroyter" klublarının da şərəfini qorumuş Baba Rahman, "çelsi"yə gələndən sonra "Şalke" və "Reyms"ə icarəyə verilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest