Milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədə Premyer Liqa klubları yoxlama görüşündə qüvvəsini sınayacaq. Matc.az saytının məlumatına görə, "Zirə" ilə "Sabah" bu fasilə dönəmində üz-üzə gələcək.

Sentyabrın 7-də baş tutacaq görüş saat 17:00-da start götürəcək. Komandalar "Bank Respublika Arena"nın ehtiyat meydançasında qarşılaşacaq.

Qeyd edək ki, "Sabah"la "Zirə" Premyer Liqanın III turu çərçivəsində avqustun 31-də üz-üzə gəlib və 1:1 hesabı qeydə alınıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest