"Böyük və əzəmətli qələbədi. Bütün futblçular qalibiyyət hissini göstərdilər". Matç.az saytı xəbər verir ki, bunu Topaz Premyer Liqasında X turun "Keşlə" – "Neftçi" (0:1) oyunundan sonra keçirilən mətbuat konfransında "ağ-qaralar"ın baş məşqçisi Roberto Bordin deyib.

öncə oyun barədə fikirlərini açıqlayan italiyalı mütəxəssis sonra jurnalistlərin suallarını cavablandırıb:  "Hamını təbrik edirəm. Bizə vaxt lazım idi ki, meydançaya adaptasiya olmağa. Süni örtükdə yaxşı oynadıq. Vura bilmədiyimiz epizodlar oldu, amma çox yaxşı oynadıq".

- İndiyə qədər qarşılaşdığınız ən pis örtüklərdən olduğunu demək olarmı?
- Deyə bilmərəm ki, pisdi. Sadəcə öyrəşməmişik.

- Rəhman Hacıyevin çıxışından razı qaldız?
- Onda alınırdı. İti ötürmələr edə bilirdi. Hücumların qurulmasında özünü yaxşı göstərdi. Oyunundan razıyam. Sadəcə sonluğu qoya bilmirdi. Bu baxımdan çatışmazlıq var idi.

- Hesab sürüşkən idi. 2-ci qolu vurub, daha rahat oynamağa nə mane oldu?
- Epizodlar oldu. Təəssüf ki, fərqi artıra bilmədik. Amma sevinirik ki, hesabı qoruya bildik. Hər oyun çoxlu qol vurmaq vacib deyil. Əsas 3 xaldı.

- Komanda bu heyətlə çempion ola bilərmi?
- Komandamızdan çox razıyıq. Yaydan indyə kimi böyük artım var oyunumuzda. Oyunçuların hər birindən, hətta əvəz olunanlardan da razıyam. çempionat hələ uzundu. Addım-addım düşünmək lazımdı. "Zirə" ilə növbəti oyun çox vacibdi. çünki ilk oyunda çox yaxşı oynamışdılar.

- Sizdən əvvəl "Neftçi"nin çalışdırıcısı olan Tərlan Əhmədovla rəqib idiz. Məğlubiyyət təzyiqə səbəb olacaqdı. Bu barədə düşünürdüzmü?
- "Neftçi"nin baş məşqçisiyəm. Kənardan deyilənlər məni maraqlandırmır. Əsas odu ki, oyunlara yaxşı hazırlaşaq və kənar təsirlərdən yayına bilək.

- Kiril Petrovun yoxluğu nə ilə bağlı idi?
- Cüzi zədəsi var. ümid edirik ki, ən qısa zamanda komandaya xeyir verə biləcək.

- Baxışda olan Mamadu Kane ilə bağlı qrar vermisiz?
- özünü yaxşı tərəfdən göstərir. Adaptasiyası yaxşı keçir. Qərar vermək üçün vaxtımız var.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest