Futbol üzrə Portuqaliya yığması ciddi itki ilə üləşib. Matc.az xəbər verir ki, sözügedən komandanın müdafiəçisi Nelson Semedo zədələnib.
 
25 yaşlı futbolçu Aç-2020-nin seçmə mərhələsi çərçivəsində baş tutan Serbiya ilə səfər matçında sıradan çıxıb. Rəqib futbolçu ilə toqquşma nəticəsində ağır zədə alan Semedo meydanı xərəkdə tərk edib.
 
Qeyd edək ki, Portuqaliya yığması səfərdə baş tutan Serbiya ilə oyundan 4:2 hesablı qələbə ilə ayrılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest