Futbol üzrə Azərbaycan millisi Aç-2020-nin seçmə mərhələsi çərçivəsində dünən yekunlaşan 5-ci turdan sonra ən uğursuz çıxış edən komandalar sırasında yer alıb. Matc.az xəbər verir ki, Nikola Yurçeviçin çalışdırdığı kollektiv dörd oyundan bir xal belə toplaya bilməyib. 
 
Bu, 55 komanda arasında ən pis göstəricilərdən biridi. Millimizdən başqa Andorra, Estoniya, Cəbəllütariq, Farer adaları, Latviya, Lixtenşteyn və San-Marino da xal toplaya bilməyib. Vurulan və buraxılan qolların nisbətinə görə isə komandamız 48-ci yerdədi.
 
Seçmə mərhələdə ən yaxşı göstərici isə 5 oyundan hərəyə 15 xal toplayan İspaniya, Belçika və İtaliyaya məxsusdu.
 
Futbol üzrə Ukrayna millisi seçmə mərhələnin geridə qalan 5 turunda ən yaxşı müdafiə xətti olan komandadı. Andrey Şevçenkonun çalışdırdığı kollektiv 13 xalla B qrupunun lideri olmaqla yanaşı, 5 oyuna öz qapısından cəmi 1 qol buraxıb. Ukraynalılarla yanaşı Belçikada da belə göstərici var. Düzdü, İngiltərə millisi də 1 qol buraxıb. Amma ingilislər 5 deyil, 3 matçda öz qapısında 1 qol görüblər.
 
Ən yaxşı hücum xətti isə Rusiya (5 oyuna 17 qol), Fransa və İtaliyadadı (5 oyuna 16 qol). Lixtenşteyn, San-Marino, Andorra və Cəbəllütariq isə 1 qol belə vura bilməyiblər.
 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest