Taekvondoçularımız Gran Pri turnirində iştirak etmək məqsədilə Yaponiyaya yollanır. Matc.az xəbər verir ki, komandamız Çiba şəhərində 13-15 sentyabr tarixlərində təşkil edilən G4 kateqoriyalı turnirə 8 idmançı ilə qatılacaq.

Millinin heyətində Qaşım Maqomedov (58 kq), Məhəmməd Məmmədov və Cavad Ağayev (hər ikisi 68 kq), Milad Beigi Hərçəqani (80 kq), Ramin Əzizov və Radik İsaev (80 kq yuxarı) yer alıb.

Zərif cinsin nümayəndələrindən isə -67 kq çəki dərəcəsində Fəridə Əzizova və Patimat Abakarova (-49 kq) ölkəmizi təmsil edəcək. Komandamız turnirə baş məşqçilər Reza Mehmandoust və Elnur Amanovun rəhbərliyi ilə qatılacaq.

Qeyd edək ki, növbəti Qran Pri yarışları Bolqarıstanın paytaxtı Sofiya (18-20 oktyabr) şəhərində, final mərhələsi isə Moskavda (6-7 dekabr) keçiriləcək. Turnirin qalibi aktivinə 40 reytinq xalı əlavə etmiş olacaq. Taekvondoçularımız 17 sentyabr tarixində vətənə dönəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest