"Barselona"nın kapitanı Lionel Messi rəsmi təklif alıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, ABŞ klubu argentinalı superulduzun xidmətində maraqlıdı.

Belə ki, əfsanəvi ingiltərəli futbolçu Devid Bekhem sahibi olduğu "İnter Mayami"yə Leonu transfer etmək niyyətindədi. Bekhemin 32 yaşlı oyunçu ilə hətta bu barədə söhbəti də olub. O, Messiyə astronomik məbləğdə maaş boyun olub. Ancaq futbolçu bu təklifi cavabsız qoyub.

Qeyd edək ki, Messinin "Barselona" ilə müqaviləsindəki bəndə əsasən, o, gələn yaydan klubu azad agent kimi tərk edə bilər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest