Bu gün Topaz Premyer Liqasında X tura yekun vurulub. Matç.az saytı xəbər verir ki, dünən start götürən turun son iki görüşü baş tutub.

Günün ilk qarşılaşması Qəbələdə oynanılıb. Burada eyniadlı komanda "Sabah"ı qəbul edib. Cari mövsüm ev komandası imici formalaşan Sənan Qurbanovun yetirmələri ənənəyə sadiq qalıb. Erkən qollar sayəsində növbəti qələbəni qazanan "qırmızı-qaralar" 5-ci sıraya yüksəlib.

3-cü pillədə qərarlaşan "Səbail" vəziyyətini daha da yaxşılaşdırmaq üçün meydana çıxıb. Aftandil Hacıyevin yetirmələri "Zirə"nin qonağı olub. Qarşılaşma qolsuz bərabərliklə nəticələnib.

Qeyd edək ki, turun ilk günündə "Neftçi" "Keşlə"ni bir, "Qarabağ" "Sumqayıt"ı iki cavabsız qolla məğlub edib.

Topaz Premyer Liqası
X tur
4 noyabr (bazar)

"Zirə" – "Səbail" - 0:0
Qırmızı vərəqə:
Şəhriyar Rəhimov, 60
"Bakcell Arena". Hakimlər: Rəhim Həsənov, Zeynal Zeynalov, Rza Məmmədov, Nahid Xasıyev

"Zirə": 1. Anar Nəzirov(k), 2. İlkin Qırtımov, 5. Adil Nağıyev, 7. Pərdis Fərcad-Azad, 9. Aleksandr Dedov, 10. Sadio Tounkara, 11. Dilan Duventru, 26. Miloş Rodivoyeviç, 38. İlkin Muradov, 88. Tellur Mütəllimov, 91. Bilal Həmdi
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 3. Budaq Nəsirov, 4. Müşfiq İlyasov, 8. Kamal Mirzəyev, 13. Murad Musayev, 16. İbrahim Aslanlı, 17. Vüsal İsgəndərli, 47. Əmrah Bayramov, 77. Mirsahib Abbasov
Baş məşqçi:  Samir Abasov

"Səbail": 1. Emil Balayev, 7. Fəhmin Muradbəyli, 11. Ruslan Qurbanov, 13. Şəhriyar Rəhimov, 14. Rahid Əmirquliyev (k), 16. İqor Korotetski, 22. Edqar Paçeko, 27. Emil Martinov, 28. Kevin Kubemba, 33. Tome Kitanovski, 99. Jarjue Maudo
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 50. Fərhad Vəliyev, 5. Vüqar Bəybalayev, 18. Aqşin Qurbanlı, 4. Enrike Perilyo, 26. Kamal Qurbanov, 17. Elçin Rəhimov, 21. Murtuz Abakarov, 70. Urfan İsmayılov, 10. Ağabala Ramazanov
Baş məşqçi: Aftandil Hacıyev

 

"Qəbələ" – "Sabah" - 2:1
Qollar: Ceyms Adeniyi, 5, Stiven Monroz, 15 - Bəxtiyar Soltanov, 51
Qəbələ şəhər stadionu. Hakimlər: Rəvan Həmzəzadə, Mübariz Haşımov, Vüqar Bayramov, Mahir Məmmədov

"Qəbələ": 30. Aqil Məmmədov, 3. Vojislav Stankoviç, 4. Elvin Camalov, 17. Ceyms Adeniyi, 18. İlqar Qurbanov, 21. Atakora Lalavele, 27. Bəhlul Mustafazadə, 28. Stiven Monroz, 33. Təmkin Xəlilzadə, 34. Urfan Abbasov (k), 88. Sabien Lilay
Ehtiyat oyunçular: 22. Dmitri Bezotosnı, 35. Murad Popov, 5. Rasim Ramaldanov, 7. Roman Hüseynov, 8. Qismət Alıyev, 11. Asif Məmmədov, 14. Cavid Hüseynov, 26. Faiq Hacıyev, 32. Amin Seydiyev, 79. Əli Sadıxov, 99. Abbas Ağazadə
Baş məşqçi: Sənan Qurbanov

"Sabah": 30. Saşa Stamenkoviç, 22. Miloş Bosançiç, 7. Vitali Kvaşuk, 6. Vadim Abdullayev, 4. Tərzin Cahangirov, 27. Bəxtiyar Soltanov, 21. Novruz Məmmədov, 33. Eltun Turabov, 10. Cavid İmamverdiyev (k), 25. Vanderson Silva, 13. Filip İvanoviç
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 19. Məqsəd İsayev, 15. Erik Ramos, 14. Tural Qürbətov, 3. Elvin Bədəlov, 11. Elgün Nəbiyev, 2. ülvi İbazadə, 88. Elçin Əsədov, 8. Elşən Abdullayev
Baş məşqçi: Elşad Əhmədov

1

Neftçi

10

8

1

1

20-7

25

2

Qarabağ

10

6

2

2

17-11

20

3

Səbail

10

5

2

3

12-11

17

4

Sabah

10

5

1

4

9-11

16

5

Qəbələ

10

3

3

4

14-14

12

6

Sumqayıt

10

3

2

5

10-13

11

7

Keşlə

10

1

3

6

8-14

6

8

Zirə

10

1

2

7

7-16

5

Bombardirlər: Baqali Dabo (Neftçi), Marko Deviç (Sabah) – 5.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest