"çox çətin oyun oldu. Ona görə ki, həm "Keşlə" güclü rəqibdir, həm də süni meydançada oynayırdıq". Matç.az xəbər verir ki, bunu "Neftçi"nin yarımmüdafiəçisi Soni Mustivar Topaz Premyer Liqasının X turunda "Keşlə" üzərində qələbədən sonra klubun rəsmi saytına deyib.

Komanda üzvlərinin sonadək mübarizə apardığını deyən haitili futbolçu 1:0 hesablı qələbənin mənəvi cəhətdən də önəmli olduğunu dilə gətirib: "Komandamız çox yaxşı çıxış etdi. Hər bir futbolçumuz sonadək döyüşdü. Onları təbrik edirəm. Bu tempdə də davam etməliyik. Bu qələbə mənəvi cəhətdən də çox önəmli idi. Azarkeşlərə minnətdaram. Onlar həmişəki kimi bizi sonadək dəstəklədilər".

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest