Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç zədələnib. Bu üzdən ulduz futbolçu bir müddət klubu "Real"a kömək edə bilməyəcək. Azərbaycan millisi ilə Bakıda keçirilən qarşılaşmada zədələnən 34 yaşlı orta sahə oyunçusu qasıq nahiyəsində ağrılar hiss edib.

Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç zədələnib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, bu üzdən ulduz futbolçu bir müddət klubu "Real"a kömək edə bilməyəcək.

AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisi ilə Bakıda keçirilən qarşılaşmada zədələnən 34 yaşlı orta sahə oyunçusu qasıq nahiyəsində ağrılar hiss edib. "Kral klubu"nun həkimləri tərəfindən müayinə olunan futbolçunun təxminən 10 və ya 15 gün komandadan kənarda qalacağı müəyyənləşib.

Qeyd edək ki, 1:1 hesabı ilə nəticələnən Azərbaycan - Xorvatiya oyununda qonaqların yeganə qoluna penaltidən məhz Modriç imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest