"Rəhbərlik nə qərar versə, buna riayət edəcəyik. Bu məsələni rəhbərliklə danışacağıq. Komandanın uğursuz çıxışının əsas günahkarı mənəm. Deməli, nəyisə düz etmirik. Məşqçi heyəti ilə futbolçular arasında heç bir problem yoxdu".

"Oyun haqda danışmaq çətindi. "Qəbələ" bizdən yaxşı çıxış etdi". Matc.az xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Elşad Əhmədov Premyer Liqanın IV turunda evdə "Qəbələ"yə 0:1 hesabı ilə uduzduqları matçdan sonra söyləyib.

49 yaşlı mütəxəssisin sözlərinə görə, rəqib futbolçular daha istəkli olub: "Bizdə bəzi oyunçulara tapşırıqları 2-3 dəfə təkrarlasaq da, icra edə bilmədilər. İkinci hissənin əvvəlində buraxdığımız qol bizi çətin vəziyyətə saldı. İrəlidə qol vura biləcək adama ehtiyacımız var".

"Sabah" 4 turdan sonra 2 xalla son pillədə qərarlaşıb. Əhmədov bildirib ki, postunu tərk edib-etməyəcəyinə rəhbərlik qərar verəcək: "Rəhbərlik nə qərar versə, buna riayət edəcəyik. Bu məsələni rəhbərliklə danışacağıq. Komandanın uğursuz çıxışının əsas günahkarı mənəm. Deməli, nəyisə düz etmirik. Məşqçi heyəti ilə futbolçular arasında heç bir problem yoxdu. Hər şey rəhbərliyin qərarından aslıdı".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest