Premyer Liqanın IV turunun "Sumqayıt"la səfər qarşılaşması "Zirə"də daha bir debütlə əlamətdar olub. Matc.az xəbər verir ki, "Kapital Bank Arena"dakı görüş Nicat Süleymanovun "qartallar"ın heyətindəki ilk rəsmi oyun kimi tarixə düşüb.

Komandanın 2:1 hesabı ilə qalib gəldiyi görüşə start heyətində çıxan 21 yaşlı yarımmüdafiəçi klub tarixinə Premyer Liqada şans qazanan 80-ci futbolçu kimi düşüb. O, həm də "Zirə"nin formasını yüksək dəstədə daşıyan 40-cı yerli oyunçudu. Sumqayıtdakı görüşədək bakılıların heyətində 39-u yerli, 40-ı legioner olmaqla 79 futbolçu çıxış etmişdi.

Nicat debütü cari mövsüm gerçəkləşən 8-ci oyunçudu. İlk turda Elvin Camalov, Cavid Hüseynov, Boyan Zoqoviç, Anastasios Papazoğlu, Soni Norde, ikinci oyunda Miloş Bakraçla Alvaro Ampuero bunu gerçəkləşdirmişdi.

Qeyd edək ki, Süleymanov "Zirə"nin tarixində bütün turnirləri nəzərə almaqla 117-ci futbolçu olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest