"Ancaq gələcək oyunlarda, Lüksemburqda qələbə qazanmalıyıq. "Düdelanj" artıq ikinci mövsümdü Avropa Liqasında qrup mərhələsində çıxış edir. Ona görə də bu gün səfərdə AOPEL-i səfərdə 4:3 hesabı ilə məğlub etdilər"

"çətin oyun olacağını bilirdik. İlk qola qədər yaxşı çıxış etdik. Qoldan sonra oyunumuz çətinləşdi və konsentrasiyamız pozuldu". Matc.az xəbər verir ki, bu sözləri  "Qarabağ"ın futbolçusu Dani Kintana UEFA Avropa Liqasının qrup mərhələsinin  I turunda İspaniyanın "Sevilya" klubuna 0:3 hesablı məğlubiyyətdən sonra deyib.

İspaniyalı yarımmüdafiəçi uduzmaqlarının səbəbini belə izah edib: "Məqsədimiz hər bir oyunu qalib başa vurmaqdı. çətin və gözəl oyun oldu. Rəqib güclü idi. Uduzmağımızın səbəbi budu. Rəqib İspaniya La Liqasında hazırda 1-ci yerdə gedir. Yaxşı hazırlaşmışdıq. Təəssüf ki, məğlub olduq".

Kintananın sözlərinə görə, "Qarabağ" "Sevilya" ilə yanaşı, Kipr AOPEL-i və Lüksemburqun "Düdelanj" kollektivinin yer aldığı qrupdan çıxa bilər: "İlk görüşü uduzmağımızın səbəbi rəqibin güclü İspaniya klubu olmasıdı. Ancaq gələcək oyunlarda, Lüksemburqda qələbə qazanmalıyıq. "Düdelanj" artıq ikinci mövsümdü Avropa Liqasında qrup mərhələsində çıxış edir. Ona görə də bu gün səfərdə AOPEL-i səfərdə 4:3 hesabı ilə məğlub etdilər. Qrupda "Sevilya" hamıdan bir addım öndədi. Digərlərinin şansı eynidi. çox çətin qrupdu, qələbə qazanmağa çalışacağıq".

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest