"Çətin oyun olacağını gözləyirdik. Külək də hər iki komandaya çətinlik yaratdı. Amma yenə də uşaqlar sona qədər vuruşdular, öz oyunlarını göstərdilər. İndi evə 1 xalla dönürük. Bu heyətlə daha yaxşısını bacara bilərik".

"Qələbə də qazana bilərdik. Hesabda öndə idik. Fikrimcə, son yarım saatda konsentrasiyamız itdi, komandada boşalma oldu. Nəticədə qapımızda top gördük". Matc.az saytının məlumatına görə, bunu "Qəbələ"nin müdafiəçisi Rasim Ramaldanov Azərbaycan Premyer Liqasının V turunda "Səbail"lə keçirilən oyundan sonra deyib.

33 yaşlı futbolçu 1:1 hesabı ilə başa çatan səfər qarşılaşmasında hava şəraitinin onlara problem yaratdığını söyləyib. Ramaldanov eyni zamanda komandasının turnir cədvəlində irəliləyəcəyini düşünür: "çətin oyun olacağını gözləyirdik. Külək də hər iki komandaya çətinlik yaratdı. Amma yenə də uşaqlar sona qədər vuruşdular, öz oyunlarını göstərdilər. İndi evə 1 xalla dönürük. Bu heyətlə daha yaxşısını bacara bilərik. Hər şey öz əlimizdədi. İlk "beşliy"ə düşəcəyik. Məncə, hətta ondan da yuxarı yer tutacağıq".

Milli komandamızın sabiq üzvü son iki matçda 4 xal toplamağı baş məşqçi dəyişikliyi ilə əlaqələndirməyib: "Son iki oyundakı uğurlu çıxışın səbəbi odu ki, komandada özünəinam artıb. Bu da öz oyunumuzu sərgiləməyə imkan verir. Bunu Sənan Qurbanovun istefası ilə əlaqələndirməzdim. Onun rəhbərliyi altında da "Sumqayıt"a qarşı eyni oyunu göstərmişdik. Amma qapımızda 2 qol görmüşdük. Düzdü, sonrakı iki matçda istədiyimiz alınmadı. Ancaq ardından futbolçularda inam yarandı".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest