Avropa Liqasının qrup mərhələsinin II turunun "Qarabağ" – "Arsenal" matçı rekordla əlamətdar ola bilər. Matç.az saytı xəbər verir ki, Bakı Olimpiya Stadionundakı bugünkü qarşılaşma tamaşaçı sayında mövsümün rekordunu vurması mümkündü.

Söhbət Avropa Liqasının əsas mərhələsindən gedir. Maraqlıdı ki, ilk turdan sonra rekord məhz "Arsenal"a məxsusdu. İngiltərə təmsilçisi Ukrayna "Vorskla"sı ilə ev matçına 59 min 39 tamaşaçı toplamışdı.

Bu göstəricinin "topçular"ın səfər matçında qırılması gözlənilir. "Qarabağ"ın adlı-sanlı rəqiblə ev oyununa olan maraq belə deməyə əsas verir.

Qeyd edək ki, ilk turdan sonra "Arsenal"ın ən yaxın izləyiciləri "Seltik" (47287) və "Sportinq"di (30098). Sonuncular bu göstəriciyə "Qarabağ"la ev matçında (2:0) nail olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest